Bakı. Trend:
Türkiyənin müxtəlif bölgələrində kibercinayətkar dəstələrə qarşı 10 gün davam edən əməliyyatlar zamanı 539 şübhəli saxlanılıb.
Trend xəbər verir ki, bu barədə Türkiyənin DİN rəhbəri Ali Yerlikaya rəsmi "X" səhifəsində paylaşım edib.
Məlumata görə, həmin şəxslər internetdə azyaşlıların əxlaqsız videolarını yaymaqda, onlayn dələduzluqda, qanunsuz mərc oyunlarının təşviqi və sair cinayətlərdə ittiham olunurlar.
Əməliyyatlar eyni vaxtda 59 vilayətdə həyata keçirilib.
