...

"OPEC+" ölkələri dekabr ayında neft hasilatını 137 min barel artıracaqlar

İqtisadiyyat Materials 2 Noyabr 2025 22:19 (UTC +04:00)
"OPEC+" ölkələri dekabr ayında neft hasilatını 137 min barel artıracaqlar

Bakı. Trend:

Səkkiz aparıcı "OPEC+" ölkəsi dekabr ayında neft hasilatını gündə 137 min barel (noyabr ayı ilə müqayisədə) artırmaq qərarına gəlib və 2026-cı ilin birinci rübündə hasilatı artırmaqda fasilə verəcək.

Trend-in məlumatına görə, həmin ölkələrin görüşündən sonra "OPEC+"in açıqlamasında bildirilib.

Bəyanatda istehsalın artırılması qərarının sabit qlobal iqtisadi perspektivlər və əlverişli bazar şərtləri fonunda verildiyi vurğulanıb. Bundan əlavə, mövsümiliyə görə, səkkiz ölkələr 2026-cı ilin birinci rübündə neft hasilatının daha da artırılmasını dayandırmaq qərarına gəlib.

Sazişin tərəfləri təsdiqləyiblər ki, dəyişən bazar şərtlərindən asılı olaraq və tədricən 1,65 milyon barel/gün qismən və ya tam şəkildə geri qaytarıla bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti