...

"Araz-Naxçıvan" UEFA Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlib

İdman Materials 1 Noyabr 2025 21:22 (UTC +04:00)
"Araz-Naxçıvan" UEFA Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

"Araz-Naxçıvan" futzal komandası UEFA Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanıb.

Trend xəbər verir ki, Naxçıvan təmsilçisi 7-ci qrupdakı son oyununda Niderland çempionu "Tigers Roermond"u 3:2 hesabı ilə məğlub edib.

Bu qələbə sayəsində 7 xal toplayan "Araz-Naxçıvan" qrup lideri olaraq növbəti mərhələyə adlayıb.

Qeyd edək ki, baş məşqçi Yevgeni Kukseviçin rəhbərlik etdiyi komanda turnirdəki ilk matçında yarışın təşkilatçısı olan Rumıniyanın "Yunayted Qalati" klubuna 2:1 hesabı ilə qalib gəlib, ikinci görüşdə isə Lüksemburq təmsilçisi "Differdanje 03" ilə 2:2 hesablı heç-heçə edib.

Xəbər lenti

Xəbər lenti