Bakı. Trend:
Şimali Koreya xarici işlər nazirinin müavini Pak Men Ho Koreya yarımadasının nüvəsizləşdirilməsini Cənubi Koreya üçün xəyal adlandırıb.
Trend-in məlumatına görə, bu barədə diplomatın açıqlamasında bildirilib.
"Biz səbirlə göstərəcəyik ki, (Cənubi Koreya - red.) nüvəsizləşdirmədən nə qədər, hətta yüz və ya min dəfə danışsa da, bu, mümkün olmayan bir xəyaldır", - deyə nazir müavini qeyd edib.
Onun sözlərinə görə, Cənubi Koreya hələ də KXDR-in nüvə statusunun inkar edilməsinin və yarımadanın nüvəsizləşdirilməsi istəyi ilə bağlı davamlı açıqlamaların Seulun "axmaqlığını" göstərdiyini başa düşmür.