Bakı. Trend:
Noyabrın 1-i Serbiyada matəm günü elan olunub.
Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bununla bağlı Serbiya hökuməti qərar qəbul edib.
Məlumata görə, ötən il noyabrın 1-də Novi Sad şəhərindəki dəmiryolu vağzalında 16 nəfərin ölümü, 2 nəfərin ağır yaralanması ilə nəticələnən qəza ilə əlaqədar 1 noyabr tarixi ölkədə matəm günü elan olunub.
Xatırladaq ki, faciəvi qəza bir il ərzində Serbiya gündəmini dəyişib, müxtəlif şəhərlərdə tələbələrin kütləvi etirazlarına səbəb olub. Bu müddət ərzində Baş nazir və digər nazirlər istefa verib. Serbiya Milli Assambleyası hökumətin istefasını təsdiqləyib, ölkədə yeni hökumət formalaşdırılıb.
