Bakı. Trend:
“Apple” şirkətinin rəhbəri Tim Kuk şirkətin vəd etdiyi güclü süni intellekti (Sİ) niyə bu vaxta qədər təqdim etmədiyinə aydınlıq gətirib.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
İnvestorlar üçün hazırlanmış hesabatda Kuk bildirib ki, korporasiya hələ də süni intellekt funksiyalarını və alətlərini işləyib təkmilləşdirməklə məşğuldur. O cümlədən sahibkar Siri səsli köməkçisinin yeni versiyasının təqdim ediləcəyini vəd edib. O, ağıllı səs köməkçisinin buraxılış müddətinin uzanmasını “asan tapşırıq olmaması” ilə izah edib.
O vurğulayıb ki, IT nəhəngi süni intellektə əsaslanan yeni Siri versiyasını 2026-cı ildə təqdim etməyi planlaşdırır, lakin dəqiq tarix açıqlamayıb.
Yeni “Siri” “iPhone”, “Mac”, “iPad” və digər cihazlarda istifadəçilərə təqdim ediləcək. “Apple” əvvəlcə səsli köməkçinin təkmilləşdirilmi versiyasını 2024-cü ildə təqdim etməyi planlaşdırırdı, lakin müəyyən olunmuş müddətə çata bilməyib.
