...

Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb - DİN

Cəmiyyət Materials 1 Noyabr 2025 10:10 (UTC +04:00)
Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb - DİN
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Oktyabrın 31-də ölkə ərazisində qeydə alınan 48, əvvəlki dövrlərdən bağlı qalan 7 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, axtarışda olduğuna görə ümumilikdə 64, o cümlədən borclu şəxs qismində axtarışda olan 42 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 19, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 14 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti