Bakı. Trend:
Prezident administrasiyasının rəsmi nümayəndəsi Manuel Adorni Argentinanın yeni baş naziri olacaq.
Trend-in məlumatına görə, bu barədə Argentina prezidentinin mətbuat xidməti bildirib.
"Keçmiş Baş nazir Qilyermo Frankosun varisi Manuel Adorni bazar ertəsindən etibarən vəzifəsinin icrasına başlayacaq", - deyə qeyd olunub.
Eyni zamanda, prezident Xavyer Miley Frankosun istefasını qəbul edib. "26 oktyabrda keçirilən milli [parlament] seçkilərindən sonra ölkəni məhdudiyyətsiz idarə etməyə başlaya bilməyiniz üçün kabinet rəhbəri vəzifəsindən istefamı qəbul etməyinizi xahiş edirəm", - deyə Q.Frankos "X" sosial şəbəkəsində yazıb.