...

Kənan Nəsibov Avropa çempionu olub

İdman Materials 1 Noyabr 2025 21:35 (UTC +04:00)
Kənan Nəsibov Avropa çempionu olub
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan cüdoçusu Kənan Nəsibov (+100 kq) Moldovanın paytaxtı Kişinyovda keçirilən U-23 Avropa çempionatında qızıl medal qazanıb.

Trend xəbər verir ki, idmançımız final görüşündə Polşa təmsilçisi Yakub Sordili məğlub edərək Avropa çempionu tituluna yiyələnib.

Digər finalçımız Ömər Rəcəbli (81 kq) isə italiyalı Manuel Parlatiyə uduzaraq gümüş medal qazanıb.

Təmsilçilərimizdən Vüqar Talıbov və Aslan Kotsoyev (90 kq) üçüncü yer uğrunda qarşılaşıblar. Bu görüşdə Kotsoyev qalib gələrək bürünc medalın sahibi olub.

Qeyd edək ki, yarışın əvvəlki günündə Azərbaycan cüdoçusu İslam Rəhimov (66 kq) da Avropa çempionu adını qazanmışdı.

Xəbər lenti

Xəbər lenti