Bakı. Trend:
ABŞ-ın keçmiş prezidenti Co Baydenin administrasiyası İlon Maskın 2024-cü il prezident seçkiləri keçirilənədək Beynəlxalq Kosmik Stansiyada (BKS) çıxılmaz vəziyyətdə qalmış astronavtları xilas etməsinə qadağa qoyub.
Trend xəbər verir ki, bu bəyanatı Maskın özü məşhur amerikalı teleaparıcı Co Roqanın “YouTube” portalında yayımlanan podkastında danışıb.
“Mənə dedilər ki, Ağ Evdən göstəriş gəlib – seçkilərədək heç bir xilasetmə cəhdi edilməməlidir”, – deyə Mask bildirib.
Aparıcı Bayden administrasiyasının Maskın xilasetmə əməliyyatını keçirməsinin, siyasi baxımdan uğursuz addım kimi görünə biləcəyi üçün, icazə vermədiyinin mümkünlüyünə diqqət çəkib .
“SpaceX” rəhbəri buna cavabında deyib:
“Onlar açıq şəkildə bunun pis siyasi addım olacağını demədilər, sadəcə seçkilərədək hər hansı xilasetmə əməliyyatında maraqlı olmadıqlarını hiss etdirdilər.”
