Bakı. Trend:
ABŞ-nin yaxın vaxtlarda Venesuela ərazisinə raket zərbələri endirmə ehtimalı əhəmiyyətli dərəcədə artıb.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Pentaqonun keçmiş əməkdaşı və Vaşinqtondakı Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin (CSIS) baş müşaviri Mark Kançian "The Hill" nəşrinə açıqlamasında bildirib.
“Maduro istefa verməzsə və ya Trampın bunu uğur kimi təqdim edə biləcəyi qədər radikal bir addım atmazsa, onların (ABŞ hökumətinin-red.) hansısa tədbir görməsi qaçılmaz olacaq”,- ekspert qeyd edib.
