Bakı. Trend:
Hindistanın Andhra-Pradeş ştatının Şrikakulam şəhərində yerləşən məbəddə düşən basırıq zamanı azı 10 nəfər həlak olub.
Trend bu barədə xarici KİV-lərə istinadən xəbər verir.
Yerli hakimiyyət orqanları nümayəndələrinin verdiyi məlumata görə, basırıq insanların məbədə kütləvi şəkildə axın etməsi səbəbindən baş verib.
Hadisə yerinə gələn polis bir müddət sonra vəziyyəti nəzarət altına alıb.
Ölənlərlə yanaşı, basırıqda onlarla insanın yaralandığı bildirilir. Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıblar.
