Bakı. Trend:
Vyetnamın mərkəzi hissəsində baş verən güclü leysan yağışları və daşqınlar nəticəsində azı 28 nəfər həlak olub, daha altı nəfər itkin düşüb.
Trend xəbər verir ki, bu barədə Vyetnam Kənd Təsərrüfatı və Ətraf Mühit Nazirliyi məlumat yayıb.
Təbii fəlakət zamanı minlərlə insan sel və torpaq sürüşməsi nəticəsində su basmış və dağılmış evlərini tərk etmək məcburiyyətində qalıb.
Bildirilib ki, 245 mindən çox sakin işıqsız qalıb.
Oktyabrın 25-dən başlayan güclü yağışların noyabrın 4-dək davam edəcəyi proqnozlaşdırılır.
