Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp Qəzza zolağında atəşkəsi davamlı adlandırıb.
Trend-in məlumatına görə, bu barədə ABŞ prezidenti "CBS News" televiziya kanalına müsahibəsində deyib.
"[Atəşkəs] dayanıqsız deyil, davamlıdır", - deyə D.Tramp bildirib.
Tramp həmçinin bildirib ki, Fələstinin "HƏMAS" hərəkatı sülh şərtlərinə əməl etməsə, "dərhal məhv edilə bilər".