Bakı. Trend:
Almaniya kansleri Fridrix Merts İsrailin Baş naziri Binyamin Netanyahu ilə telefon danışığı aparıb.
Trend-in məlumatına görə, bu barədə Almaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Stefan Kornelius bildirib.
Məlumata əsasən, danışıq zamanı tərəflər Qəzza zolağındakı vəziyyəti müzakirə ediblər və Fələstinin "HƏMAS" hərəkatının son girovların qalıqlarını təhvil verməli olduğunu bildiriblər.
O qeyd edib ki, Merz və Netanyahu "Qəzza zolağında atəşkəsin daha da sabitləşdirilməsi yollarını müzakirə ediblər".
"Tərəflər humanitar yardımın Qəzza sakinlərinə təhlükəsiz və kifayət qədər miqdarda çatdırılması barədə razılığa gəliblər. HƏMAS son girovların qalıqlarını dərhal təhvil verməlidir", - deyə S.Kornelius vurğulayıb.