Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp Rusiyanı, eləcə də KXDR, ÇXR və digər ölkələri nüvə silahının yeraltı sınaqlarını gizli şəkildə keçirməkdə ittiham edib
Trend xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri “CBS News” telekanalına müsahibəsində danışıb.
"Amma onlar sizə bu haqda demirlər. Və bilirsiniz, nə qədər qüdrətli olsalar da dünya böyükdür. Harada sınaq keçirdiklərini bilməyə ehtiyac yoxdur. Onlar sınaqları yerin çox dərinliyində keçirirlər, orada insanlar nə baş verdiyini bilmir. Siz yalnız kiçik bir titrəyişi hiss edirsiniz", - deyə o bildirib.
