...

Almaniya Rusiya poladına sanksiya tətbiq olunmasını tələb edir

Dünya xəbərləri Materials 3 Noyabr 2025 15:19 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Almaniyanın vitse-kansleri və maliyyə naziri Lars Klinqbayl Rusiyadan Avropa İttifaqı ölkələrinə polad idxalının tamamilə qadağan edilməsini tələb edib.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

“Rusiyada istehsal olunan və Aİ-də emal edilən polad lövhələrə hələ də sanksiyalar şamil olunmur. Rusiyadan polad idxalını tam şəkildə və dərhal dayandırmaq lazımdır”, - deyə o, DPA agentliyinə müsahibəsində bildirib.

Bununla yanaşı, Klinqbayl Aİ-də polad istehsalı sahəsinin inkişafı məsələsində “daha çox Avropa vətənpərvərliyi” nümayiş etdirməyə çağırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti