Bakı. Trend:
UNESCO-nun Səmərqənddə keçirilən 43-cü konfransında qəbul etdiyi mühüm qərara əsasən, 15 dekabr - Dünya Türk Dilləri Ailəsi Günü kimi rəsmi şəkildə elan edilib.
Trend xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" hesabındakı paylaşımında bildirilib.
"Bu tarix, bütün türk dillərinin dərin ortaq köklərini və ümumi tarixini əks etdirən ən qədim yazılı abidələr – Orxon Yazılarının oxunmasının ildönümünə təsadüf edir.
Azərbaycan bu mühüm addımı zəngin dil irsimizin qeyd olunması, qlobal mədəni müxtəlifliyin təşviqi və Türk dünyası daxilində bağların möhkəmləndirilməsi istiqamətində atılmış önəmli addım kimi alqışlayır", - deyə paylaşımda qeyd olunub.
