...

Prezident İlham Əliyev: Artıq bir çox ölkələrə hərbi təyinatlı məhsul ixrac edirik

Siyasət Materials 3 Noyabr 2025 13:58 (UTC +04:00)
Prezident İlham Əliyev: Artıq bir çox ölkələrə hərbi təyinatlı məhsul ixrac edirik
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Yəqin ki, yaxın gələcəkdə bir çox Azərbaycan şirkətləri artıq dünya səviyyəli keyfiyyətli hərbi təyinatlı məhsullar istehsal edəcəklər.

Trend xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağında çıxışı zamanı bildirib.

“Eyni zamanda, dövlət xətti ilə bu istiqamətdə işlər aparılır və biz öz hərbi imkanlarımızı artıq böyük dərəcədə yerli istehsal hesabına genişləndiririk, öz tələbatımızı böyük dərəcədə ödəyirik. Artıq bir çox ölkələrə hərbi təyinatlı məhsul ixrac edirik”, - deyə Prezident İlham Əliyev əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti