Bakı. Trend:
Türkiyənin qərbində, Mərmərə dənizi sahillərində 4,9 maqnitudalı zəlzələ baş verib. Yeraltı təkan İstanbul şəhərində də hiss olunub.
Trend xəbər verir ki, bu haqda Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) məlumat yayıb.
Zəlzələnin episentri Balıkesir vilayətinin Sındırqı şəhəri olub, yeraltı ocağı isə 11 kilometr dərinlikdə qeydə alınıb.
Dağıntılar və zərərçəkənlər barədə məlumat yoxdur.
