Bakı. Trend:
Serbiya Prezidenti Aleksandar Vuçiç ölkədə keçirilən hökumət əleyhinə etirazlardan sonra növbədənkənar parlament seçkilərinin keçirilməsinə razılıq verib.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Vuçiç bildirib ki, seçkilər planlaşdırılandan iki il əvvəl baş tutacaq. Bununla belə, yeni seçkilərin dəqiq tarixi hələ müəyyən edilməyib.