Bakı. Trend:
"Bavariya" və İngiltərə milli komandasının hücumçusu Harri Keyn iş yerini dəyişməyə yaxındır.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, onun xidmətində “Barselona” maraqlıdır.
32 yaşlı hücumçunun “Bavariya” ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.
İngiltərə və Səudiyyə Ərəbistanı klublarının da maraq dairəsində olmuş Keynin Kataloniya təmsilçisi ilə anlaşacağı gözlənilir. “Barselona” ona görə 65 milyon avro ödəməyə hazırdır.
