Bakı. Trend:
Böyük Britaniya hökuməti Ukraynaya əlavə hava-yer tipli “Storm Shadow” qanadlı raketləri göndərib.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
“Bloomberg”in öz mənbələrinə istinadən verdiyi xəbərə görə, bu tədarük ABŞ Prezidenti Donald Trampın Kiyevə uzaqmənzilli “Tomahawk” raketlərini göndərməkdən imtina etməsindən sonra Londonun narahatlıqları fonunda baş tutub. Britaniya hökuməti qış ərəfəsində Ukrayna ordusunu lazımı sursatlarla təchiz etmək niyyətindədir.
Tədarük olunan raketlərin dəqiq sayı barədə məlumat verilmir.
