...

"Cenoa"nın yeni baş məşqçisi Daniele De Rossi olacaq

İdman Materials 3 Noyabr 2025 22:56 (UTC +04:00)
"Cenoa"nın yeni baş məşqçisi Daniele De Rossi olacaq
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İtaliyanın “Cenoa” klubunun yeni baş məşqçisi müəyyənləşmək üzrədir.

Trend xəbər verir ki, bu barədə “La Gazzetta dello Sport” nəşri məlumat yayıb.

A Seriyası təmsilçisi Daniele De Rossi ilə razılıq əldə edib. 48 yaşlı mütəxəssis “Boka Xuniors”la “River Pleyt” arasında keçiriləcək oyunu izləmək üçün planlaşdırdığı Argentinaya səfəri təxirə salıb.

De Rossinin təyinatının yaxın vaxtlarda rəsmiləşəcəyi gözlənilir.

Qeyd edək ki, “Cenoa” yaxın günlərdə Patrik Vieyra ilə yollarını ayırıb. De Rossinin son çalışdırdığı klub isə “Roma” olub.

Xəbər lenti

Xəbər lenti