Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp noyabrın 18-də Ağ Evdə Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi və Baş naziri Məhəmməd bin Salman Əl Səudu qəbul edəcək.
Trend xəbər verir ki, bu barədə Reuters agentliyi Vaşinqton administrasiyasının rəsmisinə istinadən məlumat yayıb.
Məlumata görə, vəliəhd şahzadənin səfəri Vaşinqtonun Ər-Riyadı İbrahim Sazişlərinə qoşulmağa təşviq etdiyi bir dövrə təsadüf edir. Ağ Ev hələlik səfərlə bağlı rəsmi açıqlama verməyib və agentlik əlavə təfərrüatları paylaşmayıb.
Qeyd olunur ki, ABŞ administrasiyası dəfələrlə əsas məqsədinin Səudiyyə Ərəbistanının İbrahim Sazişlərinə qoşulmasını təmin etmək olduğunu vurğulayıb.
