...

Xəzər sahillərində 100-dən çox suiti leşi aşkarlanıb

Dünya xəbərləri Materials 4 Noyabr 2025 10:01 (UTC +04:00)
Xəzər sahillərində 100-dən çox suiti leşi aşkarlanıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Qazaxıstanın Xəzər dənizi sahillərində 100 dən çox suitinin leşi aşkarlanıb.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə respublikanın Manqistau vilayətinin Ekologiya Departamenti bəyanat yayıb.

Məlumata görə, qurumun əməkdaşları Tupqaraqan rayonunda sahil xəttinin monitorinqini aparan zaman ölmüş vəziyyətdə 112 suiti aşkarlayıblar.

Mütəxəssislər baş verən hadisənin səbəbini müəyyənləşdirmək üçün araşdırma aparacaq. Bunun üçün ərazi sularından nümunə götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti