...

Kolumbiyada partlayış baş verib

Dünya xəbərləri Materials 3 Noyabr 2025 23:45 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Kolumbiyanın Suares şəhərində polis idarəsi yaxınlığında baş verən partlayış nəticəsində azı iki nəfər həyatını itirib.

Trend xəbər verir ki, bu barədə “El Tiempo” qəzeti məlumat yayıb.

Məlumata görə, hadisə bazar ertəsi gecə polis idarəsinin yaxınlığında park edilmiş partlayıcı ilə dolu avtomobilin partlaması nəticəsində baş verib.

Şəhərin meri Sezar Seron bildirib ki, “iki ölü və bir neçə yaralı barədə məlumat var”.

Qəzetin məlumatına əsasən, həyatını itirənlər polis idarəsinin yaxınlığında yerləşən hotelin qonaqları olub. Partlayış nəticəsində 30-a yaxın binaya ziyan dəyib.

Xəbər lenti

Xəbər lenti