Bakı. Trend:
Parisdə yerləşən “Swarovski” mağazasından ümumilikdə 200 min avro dəyərində bəzək əşyaları və saatlar oğurlanıb.
Trend xəbər verir ki, bu barədə “Le Parisien” nəşri məlumat yayıb.
Hadisə zamanı mağazanın siqnalizasiya sistemi işə düşməyib və müşahidə kameraları da soyğunçuları qeydə almayıb.
Oğurluq hadisəsi yalnız səhər mağaza açılarkən aşkarlanıb. Mağazanın əməkdaşı qapının qırıldığını və vitrinlərin sındığını görüb.
                            