...

Şuşada Qız məktəbinin əsaslı təmirinə 2,3 milyon manat sərf ediləcək

Tender müsabiqələri Materials 3 Noyabr 2025 17:26 (UTC +04:00)
Şuşada Qız məktəbinin əsaslı təmirinə 2,3 milyon manat sərf ediləcək
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Şuşa şəhərinin Dəmir yumruq küçəsi, giriş 56-da yerləşən Qız məktəbində əsaslı təmir işləri aparılacaq.

Trend dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi artıq bununla bağlı müvafiq işlərə başlayıb.

Qurum sözügedən işlərin 2,3 milyon manata başa gələcəyini proqnozlaşdırıb.

Qeyd edək ki, Qız məktəbi XIX əsr yerli əhəmiyyətli memarlıq abidəsidir.

Şuşa şəhəri işğaldan azad ediləndən sonra məktəbin bərpası ilə əlaqədar layihələndirilmə işləri görülür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti