...

Tanışını qətlə yetirməkdə təqsirləndirilən Rəşid Babayevə hökm oxunub

Cəmiyyət Materials 3 Noyabr 2025 17:06 (UTC +04:00)
Tanışını qətlə yetirməkdə təqsirləndirilən Rəşid Babayevə hökm oxunub
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda tanışını qətlə yetirməkdə təqsirləndirilən Rəşid Babayevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Trend xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Rəşid Babayev 9 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

Qeyd edək ki, hadisə keçən il 3 mayda Maştağa qəsəbəsində baş verib. Rəşid Babayev Roman Əsgərova kəsici-deşici alətlə xəsarətlər yetirib. Yaralı xəstəxanada ölüb.

Bildirək ki, təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilib.

Xəbər lenti

Xəbər lenti