...

İspaniya tarixində ilk: baş prokurora qarşı məhkəmə prosesi başlayıb

Dünya xəbərləri Materials 3 Noyabr 2025 14:35 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İspaniyanın baş prokuroru Alvaro Qarsiya Ortisə qarşı açılmış cinayət işi üzrə ölkənin Ali Məhkəməsində dinləmələrə başlanılıb.

Bu barədə Trend xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, baş prokuror istintaq sirrinin yayılmasında şübhəli bilinir.

Ali Məhkəmənin bildirdiyinə görə, dinləmələr 13 noyabra qədər davam edə bilər və proses çərçivəsində ümumilikdə 40 şahidin ifadə verməsi nəzərdə tutulub.

Yerli KİV Qarsiya Ortisin İspaniyanın demokratik tarixində məhkəmə qarşısına çıxan ilk baş prokuror olduğunu yazır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti