...

Pakistan Hindistanı “saxta bayraq” əməliyyatı hazırlığında ittiham edib

Dünya xəbərləri Materials 3 Noyabr 2025 19:49 (UTC +04:00)

Bakı. Trend:

Pakistan ordusunun ictimaiyyətlə əlaqələr xidmətinin (ISPR) rəhbəri, general-leytenant Əhməd Şərif Çaudri Hindistanı dənizdə “saxta bayraq” əməliyyatı hazırlamaqda ittiham edib.

O bildirib ki, Hindistanın Sər-Krik sahilləri yaxınlığında belə bir təxribat xarakterli əməliyyat planlaşdırdığı barədə məlumatlar mövcuddur.

General-leytenantın sözlərinə görə, Pakistan ordusu bu cür hər hansı hərbi və ya təxribat xarakterli addıma son dərəcə sərt və adekvat cavab verəcək.

Bəyanatda qeyd olunub ki, Hindistan regionda gərginliyi artırmaq və beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədilə belə planlar qurur, lakin Pakistan silahlı qüvvələri ölkənin suverenliyini qorumağa tam hazırdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti