Bakı. Trend:
Bu ilin oktyabr ayında Android əməliyyat sisteminin Azərbaycan bazarındakı payı əvvəlki aya nisbətən 5,72 faiz azalaraq 38,44 faiz təşkil edib.
Trend bu barədə Global Stats statistika mərkəzinə istinadən xəbər verir.
Məlumata görə, Microsoft Windows məhsulları Azərbaycan əməliyyat sistemi bazarında ikinci yeri tutub və onların payı bu ilin sentyabr ayı ilə müqayisədə 2 faiz artaraq 38,86 faizə çatıb.
iOS 14,75 faiz bazar payı ilə üçüncü yerdədir. Ölkədəki bazar payı iyul ayında bu ilin sentyabr ayı ilə müqayisədə 0,1 faiz azalıb.
Qalan əməliyyat sistemlərinin payı aşağıdakı kimi paylanıb: OS X – 6,55 faiz, Linux – 1,38 faiz və Unknown – 5,29 faiz.
