...

Danimarka Ukrayna mədəni irs fonduna 1,3 milyon avro ayırmağı planlaşdırır

Dünya xəbərləri Materials 3 Noyabr 2025 15:29 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Danimarka hökuməti Ukrayna mədəni irs fonduna 1,3 milyon avro vəsait ayırmağı planlaşdırır.

Trend xəbər verir ki, bu barədə krallığın Avropa İttifaqı Şurasındakı nümayəndəliyinin saytında dərc olunmuş məlumatda qeyd olunur.

Ayrılacaq vəsait Ukraynada binaların, abidələrin və muzeylərin bərpasına sərf olunacaq. Qeyd olunan vəsait yalnız Danimarka parlamentinin maliyyələşmə ilə bağlı müvafiq qərar çıxarmasından sonra ayrılacaq.

Qeyd edək ki, noyabrın 3-də Kopenhagendə Avropa İttifaqına üzv dövlətlərin mədəniyyət nazirlərinin qeyri-rəsmi toplantısı keçirilir. Toplantıda Ukraynadan olan nümayəndələr də iştirak edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti