...

ABŞ Venesuela yaxınlığındakı hərbi dəniz bazasını modernləşdirir

Dünya xəbərləri Materials 3 Noyabr 2025 01:41 (UTC +04:00)

Bakı. Trend:

ABŞ Venesuelada mümkün hərbi əməliyyatlar üçün hazırlıqlar aparır.

Trend-in məlumatına görə, bu barədə "Reuters" agentliyi təhlil etdiyi peyk görüntülərinə istinadən xəbər verib.

Məlumata əsasən, sentyabrın 7-də Puerto Rikoda yerləşən ABŞ Hərbi Dəniz Qüvvələrinin Ruzvelt -Rouds Hərbi Hava Bazasında tikinti işləri başlanıb. Uçuş-enmə zolağına aparan yollarda səkilərin təmizlənməsi və dəyişdirilməsi işləri başlayıb.

Bundan əlavə, ABŞ Amerika Virgin Adalarının tərkibində olan Puerto Riko və Sent-Krua şəhərlərində mülki hava limanları infrastrukturunu genişləndirir. Bu ərazilər Venesueladan təxminən 800 km (500 mil) məsafədə yerləşir.

Xəbər lenti

Xəbər lenti