...

"Milan"ın sabiq üzvü İtaliyaya qayıdacaq

İdman Materials 2 Noyabr 2025 20:17 (UTC +04:00)
"Milan"ın sabiq üzvü İtaliyaya qayıdacaq

Bakı. Trend:

“İnter” və “Milan”ın sabiq müdafiəçisi Dieqo Laşalt yenidən İtaliyada oynaya bilər.

Trend xəbər verir ki, 32 yaşlı futbolçunun “Leççe”yə keçəcəyi gözlənilir.

İtaliya klubunun baş məşqçisi Eusebio Di Françesko Uruqvay millisinin müdafiəçisini sərəncamında görmək istəyir.

Hazırda azad agent statusuna malik olan futbolçu “Defensor Sportinq”, “Bolonya”, “Empoli”, “Cenoa”, “Torino”, “Seltik”, “Dinamo”(Moskva) klublarında oynayıb.

Xəbər lenti

Xəbər lenti