Bakı. Trend:
ABŞ nüvə silahı sınaqlarını çərçivəsində nüvə zəncirvari reaksiyası yaratmayan subkritik partlayışlar həyata keçirmək niyyətindədir.
Trend-in məlumatına görə, bu barədə ABŞ energetika naziri Kris Rayt bildirib.
Qeyd edək ki, oktyabrın 29-da ABŞ prezidenti Donald Tramp Pentaqona nüvə silahı sınaqlarını dərhal bərpa etmək barədə göstəriş verdiyini açıqlayıb. “Bəhs etdiyimiz sınaqlar sistem sınaqlarıdır. Bunlar nüvə partlayışları deyil, subkritik partlayışlar adlanır və burada nüvə silahının bütün digər hissələrinin düzgün həndəsə yaratdığından və nüvə partlayışına səbəb ola biləcəyindən əmin olmaq üçün sınaqdan keçirilir", - deyə o qeyd edib.