Bakı. Trend:
Futbol üzrə Misli Premyer Liqasında X turun növbəti oyunları keçirilib.
Trend-in məlumatına görə, günün ilk matçında “Turan Tovuz” “Şamaxı”nı qəbul edib. Tovuz şəhər stadionunda təşkil olunan görüş meydan sahiblərinin 2:1 hesabı qələbəsi ilə bitib.
İkinci oyunda isə "Araz-Naxçıvan" "Sumqayıt"la səfərdə üz-üzə gəlib. Matç “kimyaçılar”ın üstünlüyü ilə yekunlaşıb - 3:2.
Bu nəticələrdən sonra Tovuz klubu 21 xalla turnir cədvəlinin ilk pilləsinə yüksəlib. "Sumqayıt” 17 xalla 4-cü, Naxçıvan klubu 16 xalla 5-ci, Şamaxı təmsilçisi 10 xalla 9-cu yerdədir.