Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp ABŞ prezident seçkilərində yenidən namizədliyini irəli sürmək ehtimalını düşünmədiyini bildirib.
Trend-in məlumatına görə, bu barədə D.Tramp ABŞ Konstitusiyasına 22-ci düzəlişə baxmayaraq, dövlət başçısı seçilmək üçün üçüncü cəhd etmək niyyətində olması ilə bağlı sualına cavab verərkdən deyib.
"Düzü, bu barədə heç düşünmürəm də. [Amma] sizə deyim ki, bir çox insan mənim yenidən namizədliyimi irəli sürməyimi istəyir", - deyə o bildirib.
"Lakin bizimlə Demokratlar arasındakı fərq ondadır ki, kürsüdə güclü namizədlərimiz var. Ad çəkmək istəmirəm, çünki bu, yersiz olardı. Hələ çox tezdir", - deyə o əlavə edib.
"Mən [ABŞ vitse-prezidenti] Cey Di Vensi, [ABŞ dövlət katibi] Marko Rubionu çox bəyənirəm. Çox insanı bəyənirəm. Bizim inanılmaz namizədlərimiz var", - deyə D.Tramp potensial varisi kimi gördüyünü sual veriləndə bildirib.