Bakı. Trend:
İtaliyalı tennisçi, dünya reytinqində ikinci yerdə olan Yannik Sinner Parisdə keçirilən “Masters” turnirinin finalında qələbə qazanıb.
Trend-in məlumatına görə, o, kanadalı tennisçi və ATP sıralamasında 10-cu pillədə qərarlaşan Feliks Oje-Alyassimi 6:4, 7:6 (7:4) hesabı ilə məğlub edib.
1 saat 51 dəqiqə davam edən görüşdə Sinner 6 brek imkanı əldə edib və onlardan birini reallaşdırıb, 6 eys vurub, 2 ikili səhv buraxıb. Alyassim isə 8 eys, 2 ikili və 13 məcburi səhv edib (Sinnerin 8 səhvinə qarşı).
Qeyd olunur ki, bu, Sinnerin mövsüm ərzində qazandığı beşinci tituludur. O, bundan əvvəl Avstraliya Açıq, Uimbldon, Vyana və Pekin turnirlərində də çempionluq əldə edib.