...

Gürcüstan 121 xarici vətəndaşı ölkədən deportasiya edib

Dünya xəbərləri Materials 3 Noyabr 2025 12:12 (UTC +04:00)
Gürcüstan 121 xarici vətəndaşı ölkədən deportasiya edib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Gürcüstanın Daxili İşlər Nazirliyinin Miqrasiya departamentinin əməkdaşları 2025-ci ilin oktyabr ayında ölkəda mövcuq miqrasiya qanunvericiliyini pozan 121 xarici vətəndaşı deportasiya ediblər.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə adıçəkilən qurumun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Gürcüstandan qovulan şəxslər Banqladeş, Misir, Hindistan, İran, İraq, İordaniya, Fil Dişi Sahili, Livan, Mərakeş, Nigeriya, Pakistan, Rumıniya, Rusiya , Türkiyə , Filippin, çad və digər ölkələrin vətəndaşları olub, onların ölkəyə girişi qadağan edilib.

Ümumilikdə 2025-ci ilin son 9 ayı ərzində ölkədən 850-dən çox qanunsuz miqrant deport olunub ki, bu da 2022, 2023 və 2024 illərlə müqayisədə ən yüksək göstəricidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti