...

Azərbaycanda internet istifadəçiləri arasında ən populyar brauzerin adı məlum olub

İqtisadiyyat Materials 3 Noyabr 2025 10:55 (UTC +04:00)
Azərbaycanda internet istifadəçiləri arasında ən populyar brauzerin adı məlum olub
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Oktyabr ayında “Google Chrome” internet brauzeri Azərbaycanlı internet istifadəçiləri arasında populyarlığı baxımında öz liderliyini qoruyub saxlayıb.

Trend-in “Global Stats” statistika mərkəzindən əldə etdiyi məlumata görə, sözügedən brauzerin yerli bazardakı payı ötən ayın göstəriciləri ilə müqayisədə 1,31 faiz bəndi artaraq 73,17 faizə yüksəlib.

Bu müddət ərzində “Safari” internet brauzerinin Azərbaycan bazarındakı payı 13,27 faiz təşkil edib (0,59 faiz bəndi azalma qeydə alınıb).

“Samsung” internet-brauzerinin bazar payı isə 0,12 faiz bəndi azalıb və 1,74 faiz təşkil edib.

Növbəti sırada “Opera” internet brauzeri gəlir. Belə ki, bu internet brauzerin Azərbaycan bazarındakı payı 0,03 faiz bəndi artaraq, 1,76 faiz təşil edib.

Digər yandan “Microsoft” korporasiyasının rəsmi brauzeri olan “Edge”in payında 0,05 faiz bəndi səviyyəsində azalma qeydə alınıb (4,62 faizə qədər). “Android”in payı isə 0,36 faiz bəndi azalaraq , 0,67 faizə düşüb.

Bu ilin oktyabr ayında “Firefox” internet brauzerinin payı 0,04 faiz bəndi artaraq, 2,21 faiz təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti