...

Ağ Ev Venesuela ilə müharibə etmək niyyətində olmadığını bildirib

Dünya xəbərləri Materials 3 Noyabr 2025 08:01 (UTC +04:00)
Ağ Ev Venesuela ilə müharibə etmək niyyətində olmadığını bildirib

Bakı. Trend:

ABŞ-nin Venesuela ilə müharibə etmək niyyəti yoxdur.

Trend-in məlumatına görə, bu barədə ABŞ prezidenti Donald Tramp "CBS News" telekanalına müsahibəsində bildirib.

"Mən buna şübhə edirəm. Düşünmürəm. Amma bizə qarşı çox pis davranıblar", - deyə o qeyd edib.

Eyni zamanda, Amerika prezidenti Nikolas Maduronun Venesuela prezidenti kimi günlərinin sayılı olduğunu ehtimal edib.

Tramp Maduronun tezliklə vəzifəsindən gedəcəyini haqda sualına "Bəli, mən belə düşünürəm" cavab verib .

Məqalədə:
Xəbər lenti

Xəbər lenti