...

Ten Haq yenidən İngiltərədə işləyə bilər

İdman Materials 3 Noyabr 2025 20:37 (UTC +04:00)

Bakı. Trend:

"Mançester Yunayted"in sabiq baş məşqçisi Erik ten Haq Premyer Liqaya qayıda bilər.

Trend xəbər verir ki, "Vulverhempton" niderlandlı mütəxəssisin xidmətində maraqlıdır.

"Qurdlar" ten haqla danışıqlara başlamağı planlaşdırır. "Vulverhempton"un gündəmində olan digər məşqçi isə Qari O’Nildir.

Qeyd edək ki, Erik ten Haqın son iş yer "Bayer" olub. 55 yaşlı çalışdırıcı cəmi 3 oyundan sonra istefaya göndərilib.

Xəbər lenti

Xəbər lenti