Bakı. Trend:
2026-cı il yanvarın 1-dən etibarən ABŞ vətəndaşları Özbəkistana 30 günədək vizasız səyahət edə biləcəklər.
Trend xəbər verir ki, bu barədə qərar Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən noyabrın 3-də imzalanmış fərmanla təsdiqlənib.
Sənəddə bildirilir ki, bu addım iki ölkə arasında ticarət, iqtisadi, mədəni və humanitar əlaqələrin inkişafına şərait yaratmaq, eləcə də turizm sahəsində qarşılıqlı mübadiləni təşviq etmək məqsədi daşıyır.
Qeyd edək ki, 2021-ci ildən etibarən 55 yaşdan yuxarı ABŞ vətəndaşlarına turizm məqsədilə Özbəkistana 30 günə qədər vizasız səfər etməyə icazə verilir.
