...

"Amazon" və "OpenAI" arasında 38 milyard dollarlıq müqavilə imzalanıb

Dünya xəbərləri Materials 4 Noyabr 2025 05:32 (UTC +04:00)
"Amazon" və "OpenAI" arasında 38 milyard dollarlıq müqavilə imzalanıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

"Amazon" korporasiyasının tərkib hissəsi olan "Amazon Web Services" (AWS) bulud servisi ABŞ-nin "OpenAI" şirkəti ilə 38 milyard dollar dəyərində müqavilə bağlayıb.

Trend xəbər verir ki, bu barədə "Amazon" məlumat yayıb.

Müqaviləyə əsasən, AWS "OpenAI" şirkətinin "Nvidia" çiplərini əldə etməsinə və yüzminlərlə qabaqcıl qrafik prosessorun istifadəsinə imkan yaradacaq. Bu razılaşma "OpenAI"yə "ChatGPT" çat-botunun fəaliyyətini daha da təkmilləşdirməyə şərait yaradacaq.

Qeyd olunur ki, müqavilə yeddi il müddətinə bağlanıb və bu müddət ərzində onun dəyərinin daha da artacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti