...

Çin birtərəfli vizasız rejimi 2026-cı ilin sonunadək uzadıb

Dünya xəbərləri Materials 4 Noyabr 2025 08:01 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Çin 40-dan çox ölkənin vətəndaşları üçün birtərəfli vizasız rejimin müddətini 31 dekabr 2026-cı ilə qədər uzadıb.

Trend xəbər verir ki, bu barədə Sinxua agentliyi məlumat yayıb.

Əvvəllər bəzi ölkələr üçün vizasız rejimin bu ilin sonunda başa çatacağı planlaşdırılırdı. Yeni qərara əsasən, İsveç də Çinə vizasız səfər edə bilən ölkələr siyahısına daxil edilib. İsveç vətəndaşları 2025-ci il noyabrın 10-dan 2026-cı il dekabrın 31-dək Çinə vizasız daxil ola biləcəklər.

Vizasız rejim Fransa, Almaniya, İtaliya, Hollandiya, İspaniya, İsveçrə, İrlandiya və Macarıstan da daxil olmaqla bir sıra ölkələrin adi pasport sahiblərinə şamil olunur. Bu rejim turizm, işgüzar əlaqələr, qohum və dost ziyarətləri, eləcə də tranzit səfərləri üçün nəzərdə tutulub.

Qaydalara əsasən, vizasız ölkədə qalma müddəti 30 günə qədər müəyyən edilib.

Xəbər lenti

Xəbər lenti