...

Çinin "XPeng Aridge" şirkəti “Land Aircraft Carrier”in sınaq istehsalına başlayıb

Dünya xəbərləri Materials 4 Noyabr 2025 07:21 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Çinin "XPeng Aridge" (əvvəllər "AeroHT" kimi tanınırdı) şirkəti özünün “Land Aircraft Carrier” (LAC) adlı yeni nəqliyyat vasitəsinin yığım zavodunda sınaq istehsalına start verib.

Trend xəbər verir ki, bu barədə istehsalçının açıqlamasında bildirilib.

Məlumata görə, ilk nəqliyyat vasitəsi artıq montaj xəttindən çıxıb. 120 min kvadratmetr sahəsi olan müəssisə ölkənin cənubundakı Quanqdonq əyalətinin paytaxtı Quançjou şəhərinin Huanpu rayonunda yerləşir. Zavod ildə 10 minə qədər təyyarə modulu istehsal etməyi planlaşdırır, ilkin mərhələdə isə 5 min ədədin istehsalı nəzərdə tutulur. Tam gücdə fəaliyyət göstərən istehsal xətti hər 30 dəqiqədə bir təyyarə hazırlaya biləcək. Kütləvi istehsal və çatdırılma 2026-cı ilə planlaşdırılır.

"LAC" altı təkərli elektrik mikroavtobusu bazasında hazırlanıb və arxa hissəsində yerləşən uçan moduldan ibarətdir. Altı pərvanə ilə təchiz olunan modul smartfon tətbiqi vasitəsilə avtomobildən ayrılır. Quruluşda və pərlərdə davamlı, yüngül karbon lifindən istifadə edilib. Nəqliyyat vasitəsi eyni zamanda uçan modul üçün doldurma stansiyası rolunu oynayır.

Xəbər lenti

Xəbər lenti