...

FIFPro 2025-ci ilin rəmzi komandasın; elan edib

İdman Materials 4 Noyabr 2025 03:32 (UTC +04:00)
FIFPro 2025-ci ilin rəmzi komandasın; elan edib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

“Qızıl top” mükafatının sahibi Usman Dembele və “Qızıl buts” mükafatının qalibi Kilian Mbappe 2025-ci ilin rəmzi komandasına seçiliblər.

Trend xəbər verir ki, bu barədə Beynəlxalq Peşəkar Futbolçular Assosiasiyaları Federasiyasının (FIFPro) mətbuat xidməti məlumat yayıb.

Müxtəlif ölkələrdən olan futbolçuların səsverməsi nəticəsində müəyyənləşən 2025-ci ilin rəmzi komandası aşağıdakı tərkibdədir:

Qapıçı: Canluici Donnarumma (“Mançester Siti”, İngiltərə)

Müdafiəçilər: Əşrəf Hakimi, Nunu Mendeş (hər ikisi PSJ, Fransa), Vircil van Dayk (“Liverpul”, İngiltərə)

Yarımmüdafiəçilər: Kol Palmer (“Çelsi”, İngiltərə), Cud Bellinqem (“Real Madrid”, İspaniya), Pedri (“Barselona”, İspaniya), Vitinya (PSJ, Fransa)

Hücumçular: Usman Dembele (PSJ, Fransa), Kilian Mbappe (“Real Madrid”, İspaniya), Lamin Yamal (“Barselona”, İspaniya)

Xəbər lenti

Xəbər lenti