...

"Qalatasaray" nigeriyalı futbolçu ilə maraqlanır

İdman Materials 3 Noyabr 2025 20:02 (UTC +04:00)
"Qalatasaray" nigeriyalı futbolçu ilə maraqlanır

Bakı. Trend:

"Atalanta"nın hücumçusu Ademola Lukman karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

Trend xəbər verir ki, "Qalatasaray" nigeriyalı futbolçunu transfer etmək istəyir.

İstanbul nəhəngi Çempionlar Liqasında pley-off mərhələsinə yüksəlsə, Lukman üçün hərəkətə keçəcək.

Klubu 28 yaşlı forvard üçün 20 milyon avro təzminat tələb edir. Təcrübəli oyunçunun maaş tələb isə illik 8 milyon avrodur.

Qeyd edək ki, "Atalanta" Ademola Lukmanı 2022-ci ilin yayında "Leypziq"dən transfer edib. Nigeriya millisinin üzvü bu mövsüm A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 8 rəsmi matçda 1 qol vurub. Onun klubla müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti